ICESCO-nun Baş direktoru: Şuşa İslam dünyasının paytaxtı elan olunacaq

Biz təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı elan olunsun.
Redaktor.az xəbər verir ki, bunu yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik deyib.
Baş direktor bildirib ki, yaxın günlərdə bu barədə yekun qərar elan ediləcək.