Azərbaycanın məhəbbət simvolu: İlham və Fərizə - “İlahi sevgi” / VİDEO

 20:41 19.01.2021     2717

Bu günlərdə qanlı 20 Yanvar hadisələrindən 31 il ötür.

Redaktor.az xəbər verir ki, Azərbaycan xalqının heç vaxt unutmayacağı bu hadisələrin qəhrəmanlarından biri də İlham Allahverdiyev və onun həyat yoldaşı Fərizə Allahverdiyevadır. Onlar öz canlarını Vətənə fəda etməklə həm də ölkəmizin sevgi simvoluna çevriliblər.

Onların şərəfinə sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsus mahnı həsr edilib. 

“İlahi sevgi” adlanan mahnını tanınmış müğənni Tacir Şahmalıoğlu ifa edib.