Heydər Əliyevin dostu: Unudulmaz fotoqraf OQTAY AYDINOĞLU / FOTO

 16:05 20.01.2021     648

Artıq 12 ildir aramızda yoxdur. 2009-cu il yanvarın 20-də saat 12-də əzizlərini və dostlarını tərk etdi. Ölkəmizin tanınmış fotojurnalistlərindən biri, AZƏRTAC-ın Fotoinformasiya Baş Redaksiyasının baş redaktoru Oqtay Aydın oğlu Məmmədov ömrünün 58-ci ilində qəflətən vəfat edib.

Oqtay Məmmədov 1951-ci il iyunun 15-də Azərbaycanın qədim İrəvan şəhərində dünyaya göz açıb. 1977-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirən Oqtay Aydınoğlu 1990-cı ildən həyatını Azərinformla – indiki AZƏRTAC-la bağlayıb. 1998-ci ildən agentliyin Fotoinformasiya Baş Redaksiyasına rəhbərlik edirdi. Həmin illər ərzində Oqtay Aydınoğlu  Azərbaycanda baş vermiş ən gərgin, ən mühüm hadisələrin təkcə canlı şahidi yox, həm də fotosalnaməçisi olub. Çünki o, ən qaynar nöqtələrdə, ən mühüm hadisələrlə bağlı çəkilişlər aparırdı. Oqtay Aydınoğlu ümummilli lider Heydər Əliyevin, son illərdə isə Prezident İlham Əliyevin çoxsaylı xarici və ölkədaxili səfərlərində AZƏRTAC-ın fotomüxbiri kimi iştirak edib. Peşəkarlar bu işin nə qədər çətin və məsuliyyətli olduğunu yaxşı bilirlər. O, foto sənətinə bütün varlığı ilə bağlı idi. Onun fotoları təkcə respublika mətbuatında yayılmırdı. Xarici informasiya agentlikləri də tez-tez ona müraciət edir, müxtəlif mövzularda fotoşəkillər sifariş edirdilər.

Oqtay Aydınoğlunun peşəkarlığı yüksək qiymətləndirilib, o, “Əməkdar mədəniyyət işçisi” fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.

22222222222
Vumart və Güvən reklamı Vumart Güvən