Ukraynalı aktyor vəfat edib
Ukraynalı aktyor Andrey Bolsunov vəfat edib.
Redaktor.az xəbər verir ki, 53 yaşlı aktyor ötən gün dünyasını dəyişib.
Andrey Bolsunovun ölüm xəbərini çalışdığı "Гоголь-центр" Teatrının aktyorları yayıb. Yayılan məlumatda mərhum aktyorun hansı səbəbdən dünyasını dəyişməsi bildirilməyib.
Qeyd edək ki, Andrey Bolsunov 1969-cu il yanvarın 14-də Odessada doğulub.
Kemerovo Dövlət Universitetinin filologiya və jurnalistika fakultəsindən məzun olan A.Bolsunov, hərbi xidmətdən qayıtdıqdan sonra ikinci ali təhsilini Şepkin adına Teatr Texnikumunda alıb.
1993-cü ildən ömrünün sonunadək Qoqol adına Moskva Dram Teatrında ("Гоголь-центр") çalışıb.


//Open.az












