Yeni filmin premyerası təxirə salınıb - Ceyms Bond

 05:14 28.01.2021     257

Köhnəlmiş “Nokia” smartfonları Ceyms Bond haqqındakı yeni filmin premyerasının üçüncü dəfə təxirə salınmasına səbəb olub.

Redaktor.az xəbər verir ki, Finlandiyanın “Nokia” şirkəti 2019-cu ilin yazında nümayiş edilməli olan C.Bond haqqındakı yeni filmin reklam tərəfdaşlarından biridir. “Ölmək vaxtı deyil” adlı filmdə C.Bondun əsas düşməni “Nokia 8.3 5G” smartfonundan istifadə etməli idi.

Amma film əvvəlcə rejissorla bağlı problemlər səbəbindən təxirə salınıb, 2020-ci ildə pandemiya səbəbindən premyerası alınmayıb, bu yaxınlarda isə premyeranın 2021-ci ilin oktyabrına təxirə salındığı elan edilib. Sonradan məlum olub ki, son təxirəsalma finlərin smartfonları ilə bağlı kadrları yenidən çəkmək istəyi ilə əlaqədardır. Belə ki, filmdə nümayiş olunan modellər kifayət qədər köhnəldiyindən onları yeni “Nokia” cihazları əvəzləyəcək. //Report

Vumart və Güvən reklamı Vumart Güvən