Anderson sosial şəbəkə hesablarını bağlayıb

 22:55 27.01.2021     327

Tanınmış aktrisa Pamela Anderson sosial şəbəkələrdən getdiyini elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə aktrisa İnstaqram hesabında məlumat verib:

"Bu mənim İnstaqram, Tvitter və Feysbukda son paylaşımım olacaq. Məni heç vaxt sosial şəbəkələr maraqlandırmırdı. İndi həyatda yerimi tapmışam. Hazırda təbiətdə olmaqdan və oxumaqdan ilham alıram".

Öz izləyicilərinə təşəkkür edən P.Anderson onları boş vaxtlarını sosial şəbəkələrə sərf etməməyə çağırıb:

"Sosial şəbəkələr beyninizi nəzarət altına almaq və pul qazanmaq üçün sizdən istifadə edir".

Qeyd edək ki, P.Andersonun instaqramda 1,2 milyon izləyicisi var idi. //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən