Urazdan Neslihanla bağlı AÇIQLAMA
Bir müddət əvvəl "Sefirin kızı" serialı ilə yollarını ayıran aktyor Uraz Kayqılaroğlu kameralara tuş gəlib.
Redaktor.az xəbər verir ki, yeni layihəsi üçün hazırlıqlara başlayan aktyor həmkarı Neslihanla bağlı ona ünvanlanan sualları cavablandırıb. O, Atagülün səhhətinin yaxşı olduğunu bildirib:
“Bir nüçə gün əvvəl görüşdük. Səhhəti yaxşıdır. Hazırda evində istirahət edir”.
Qeyd edək ki, Neslihan bağırsaq sindromundan əziyyət çəkir. O, səhhətinə görə çəkildiyi "Sefirin kızı" serialından ayrılıb.

//Axşam.az












