"Ayılıb görəcəyik ki, nə teatr var, nə sənət" - Sənubər İsgəndərli

 03:15 03.02.2021     581

Əməkdar artist Sənubər İsgəndərli teatrların bir ilə yaxındır bağlı qalmasından şikayətlənib.

Redaktor.az xəbər verir ki, aktrisa bu haqda sosial şəbəkədə yazıb. O, işsizlikdən təngə gəldiyini bildirib:

"Martda 1 il olacaq ki, ölkəmizdə bütün teatrlar bağlıdır. Pandemiyadır, karantindir deyib oturduq. Amma heç bir ölkədə teatrların qapısı bu qədər bağlı qalmadı. Hər yerdə mümkün variantlardan istifadə olundu ki, teatr sənəti yaşasın. Biz isə hələ oturmuşuq. Bir də ayılıb görəcəyik ki, nə teatr, nə sənət var. Şəxsən mənim səbrim artıq tükənib, ömrümüzdən gedir". //Axşam.az 

Vumart və Güvən reklamı Vumart Güvən