Tarix Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb

 15:27 04.02.2021     326

Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.

Bu barədə Redaktor.az-a AMEA-dan məlumat verilib. Qeyd olunub ki, muzey  I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

Vumart və Güvən reklamı Vumart Güvən