“Ulduz müharibələri”nin aktrisası vəfat edib - FOTO

 01:50 06.02.2021     285

“Ulduz müharibələri” fantastik saqasının iki filmində iştirak edən avstraliyalı müğənni və aktrisa Trişa Noubl 76 yaşında vəfat edib.

Redaktor.az-ın məlumatına görə aktrisanın nadir onkoloji xəstəlikdən vəfat etdiyi bildirilir.

Qeyd edək ki, Noubl “Ulduz müharibələri: Epizod II - Klonların hücumu” (2002) və “Ulduz müharibələri: Epizod III – Sithlərin qisası” (2005) filmlərində iştirak edib. O, Padme Amidalın (Natali Portman) anası Kobel Nabberri rolunu oynayıb.

Artistin həmçinin “Təhlükəli adam”, “Fantaziyalar adası”, “Kolombo” və sair seriallarda rolu var.

Kino karyerasından əlavə, Noubl estradada çıxış edib. O, ən yaxşı müğənni kimi “Logie Awards” mükafatına layiq görülmüşdü.

//Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən