"Teatrların açılmasını istəmirəm" - Əməkdar artist
"Teatrların açılmasını istəmirəm".
Redaktor.az xəbər verir ki, bu sözləri Əməkdar artist Vahid Əliyev "Elgizlə izlə" proqramında deyib. Aktyor bildirib ki, teatrların hazırda fəaliyyətə başlaması riskdir:
"Məndən soruşdular ki, teatrlar açılsın? Dedim, açılmasın. Hələ ölkədə peyvəndləmə gedir. Çünki 400-500 tamaşaçısı olan zallardır. Orada oturan 500 adamdan ən az 15-də koronavirus olacaq. Ona görə də, heç olmasa 6 milyon insan vaksin vurdursun, sonra teatrlar açılsın".












