"Oskar" mükafatı belə təqdim olunacaq...

 22:40 11.02.2021     630

"Oscar" mükafatlarının təqdimetmə mərasimi koronavirus pandemiyası səbəbindən eyni zamanda bir neçə məkanda keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının nümayəndəsi "Reuters" agentliyinə müsahibəsində deyib.

O bildirib ki, aprelin 25-də keçirilməsi planlaşdırılan tədbirlə bağlı yaxın zamanlarda daha ətraflı məlumat veriləcək.

Qeyd edək ki, mərasimin aparıcısı hələ ki, elan olunmayıb. //Axşam.az

Vumart və Güvən reklamı Vumart Güvən