Hazal Subaşı daha bir seriala dəvət alıb

 08:30 16.02.2021     184

“Bizi ayıran çizgi” adlı ekran işində rol almağa hazırlaşan aktrisa Hazal Subaşı daha bir seriala dəvət alıb.

Redaktor.az xəbər verir ki, aktrisaya "Netflix"də yayımlanması planlaşdırılan "Sıcak kafa" adlı serialda çəkilməsi təklif edilib. Hazal razılığa gələrsə, ekran işində baş rolu canlandıracaq.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Çukur" serialında rol alıb. "Bizi ayıran cizgi" isə “Gain” platformasında yayımlanacaq. H.Subaşının tərəf müqabili Ozan Dolunaydır. //Axşam.az