"Hər dəfə zəng edirlər ki, eşitdik rəhmətə getmisiniz" - Arif Quliyev

 03:50 18.02.2021     102

Tez-tez ölüm xəbəri yayılan Xalq artisti Arif Quliyev məsələ ilə bağlı açıqlama verib.

Redaktor.az xəbər verir ki, aktyor "Günün sədası" proqramında tez-tez bu cür zənglər aldığını deyib:

"Şayiə yayanlara minnətdaram. Hamı deyir ki, niyə sənin haqqında bu qədər ölüm xəbəri yayılır? Deyirəm ki, eybi yox, ömrümü uzadırlar. Bu cür xəbərə görə kimisə cəzalandırmaram. Bəlkə buna görə pul qazanırlar, çalışsınlar halal çörək yesinlər. Bir dəfə də zəng ediblər ki, eşitmişik ölmüsünüz? Deyirəm, kimlə danışırsan indi? Biri də yığıb eşitdik rəhmətə getmisən. Deyirəm, gözlə evə zəng edim soruşum". //Axşam.az