Virtual sərgi hazırlanıb - Nəriman Həsənzadə-90

Xalq şairi Nəriman Həsənzadənin 90 illik yubileyi münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası virtual sərgi və videoçarx hazırlayıb.
Redaktor.az qeyd edir ki, virtual sərgidə filologiya elmləri namizədi, "Şərəf" ordenli Nəriman Həsənzadənin həyat və yaradıcılığı, mükafatları haqqında əhatəli məlumat verilib. Şairin çap olunmuş kitablarının, onun haqqında çəkilmiş sənədli filmlərin, çap olunmuş məqalələrin, sözlərinə bəstələnmiş mahnıların siyahıları virtual kitab sərgisində öz əksini tapıb.
Bundan əlavə, Respublika Gənclər Kitabxanası Nəriman Həsənzadəyə həsr edilmiş "Həzin ruhlu sevgi şairi Nəriman Həsənzadə" adlı videoçarx hazırlayıb. Materialda şairin “Yaşım səksəni haqladı, keçdiyim yollar hardadı?” misraları ilə başlayan şeiri də səsləndirilib.
Virtual sərgiyə bu keçiddən nəzər yetirə bilərsiniz: Videoçarx.