Azərbaycanlı yazarlar rus ədəbiyyat almanaxında yer alıb

 12:38 18.02.2021     356

Rusiyanın populyar  “45-ci paralel” (“45-я параллель”) elektron ədəbiyyat almanaxı Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin və Süleyman Rüstəmin yaradıcılıqlarına yer verib. 

Redaktor.az bildirir ki, şairlərin yaradıcılıq və şeirlərinə “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yer ayrılıb.

Qeyd edək ki, daim yenilənən ədəbiyyat almanaxı mütəmadi olaraq öz səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.