Kübra Əliyeva xəstəxanaya yerləşdirilib - SON DƏQİQƏ

 11:49 19.02.2021     368

Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.

Redaktor.az xəbər verir ki, məşhur aktrisa ötən gün xəstəxanaya aparılıb.

Bu barədə aparıcı Elgiz Əkbər məlumat verib. Onun sözlərinə görə, 71 yaşlı aktrisa əməliyyat olunub.

Qeyd edək ki, K. Əliyeva 2011-ci ildən onkoloji xəstəlikdən əziyyət çəkir,  süd vəzilərinin ikisi də amputasiya edilib. //Qafqazinfo.az