Tanınmış aktyor koronavirusdan ölüb
Türkiyədə daha bir aktyor koronavirusun qurbanı olub.
Redaktor.az xəbər verir ki, tanınmış teatr və kino aktyoru Toyqun Atəş COVID-19-dan həyatını itirib.
66 yaşlı aktyorda çəkilişlər üçün getdiyi Malatyada fevralın 6-da virus aşkarlanıb. Vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Onda mutasiyalı koronavirus aşkarlanıb.
Bütün müdaxilələrə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, aktyor “Sirli kənd” filminin çəkilişləri üçün Malatyada olub. //Qafqazinfo












