Yalçın Rzazadə Fəxri xiyabanda dəfn ediləcək? - OĞLU AÇIQLADI...

 10:21 23.02.2021     8546

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ötən gün axşam saatlarında vəfat edib.

Mərhumun oğlu Orxan Rzazadə Redaktor.az-a açıqlamasında atasının harada dəfn olacağı barədə fikirlərini bildirib:

“Biz xəbər gözləyirik, əgər Yalçın bəyi Fəxri xiyabana layiq görsələr, orada dəfn ediləcək. Layiq görülməsə ailə arasında məsləhətləşib, dəfnlə bağlı bir qərara gələcəyik”.

Qeyd edək ki, Y.Rzazadə uzun müddətdir Türkiyədə müalicə olunurdu. Onun müalicəsi dövlət hesabına aparılırdı.

Aysel Hacıyeva / Redaktor.az