"Onu itirməkdən qorxuram" - Cüneyt Arkın

 06:15 26.02.2021     259

"Yeşilcam" ulduzu Cüneyt Arkın həyat yoldaşına sevgisini dilə gətirib.

Redaktor.az xəbər verir ki, aktyor həyat yoldaşı Betülə qarşı böyük məhəbbətinin olduğunu deyib:

"Heç nədən qorxmadığım qədər onu itirməkdən qorxuram. Canımı, uşağımı, Betülümü itirdiyim an mən də yoxam".

Qeyd edək ki, C.Arkın sonuncu dəfə "Kuruluş Osman" serialında rol alıb. //Axşam.az