Kənan Doğulu: Səni sevirəm yosun gözlüm - FOTO

 13:55 28.02.2021     421

Türkiyənin məşhur pop ifaçısı Kənan Doğulu həyat yoldaşı Beren Saatı təbrik edib.

Redaktor.az-ın məlumatına görə, aktrisanın 37 yaşı tamam olub.

Türkiyənin öndə gedən aktrisalarından olan Beren Saat ilə ailəli olan Kənan Doğulu onun doğum gününü sosial media hesabında birlikdə çəkdirdikləri fotoları ilə təbrik edib. O, paylaşımın altında bunları qeyd edib:

“Səni sevirəm yosun gözlüm. Nə yaxşı ki, doğulmusan və yollarımız kəsişib. Həyat nə qədər çətin olursa olsun, birlikdə festivala çevirərik”.

Bu romantik paylaşım minlərcə izləyici tərəfindən bəyənilib.

Aysel Hacıyeva / Redaktor.az

222