Van Qoqun cızmaqarası 10.4 milyon dollara satılıb - FOTO

 04:50 03.03.2021     342

Tanınmış niderlandlı rəssam Vinsent Van Qoqun “Gənc yapon xanımı” əsərinin cızmaqarası 10.436.000 dollara (təxminən 18 milyon manat) satılıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə “Christie's” hərracının “Twitter” səhifəsində məlumat verilib.

Məlumata əsasən, rəsm əsərinin ilkin eskizinin satıldığı hərrac Nyu-Yorkda baş tutub.

Qeyd edək ki, rəssam bu cızmaqaranı 1888-ci ildə Fransanın Arl şəhərində çəkib.

Əsərin yeni sahibinin adı açıqlanmır. //Oxu.az 

2
Vumart və Güvən reklamı Vumart Güvən