Beynəlxalq Kosmik Stansiyada film çəkiləcək

 09:18 10.03.2021     638

Beynəlxalq Kosmik Stansiyada film çəkiləcək. Filmdə baş rolu ifa edəcək aktrisanın seçimləri davam edir.

Redaktor.az bildirir ki, bu barədə Rusiyanın “Pervly kanal” televiziyası məlumat verib.

20 aktrisa kosmosda aparılacaq çəkilişlərdə iştirak etmək hüququ üçün yarışacaq. Onlar uçuş komissiyası önündə müxtəlif sınaqlardan keçəcəklər.

Qeyd edək ki, film rusiyalı kinematoqrafçılar tərəfindən lentə alınacaq. Şərti adı “Çağırış” olan filmin rejissoru Klim Şipenkodur.

Ekran əsəri Rusiya Kosmik Agentliyi, “Pervıy kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən