Van Qoqun əsəri 16,2 milyon avroya satılıb

Məşhur rəssam Vinsent Van Qoqun (1853-1890) "Montmartrda bir küçə səhnəsi" adlı sənət əsəri Parisdə keçirilən auksionda 16,2 milyon avroya satılıb.
Redaktor.az-ın məlumatına görə, bu barədə "Sotheby's" auksion evinin saytında bildirilib.
Mulen de la Qalett dəyirmanını əks etdirən rəsmin ilkin qiyməti 5-8 milyon avro olub.
Sənətkarın 1887-ci ildə çəkdiyi tablonun əvvəllər geniş tamaşaçı publikasına təqdim edilmədiyi vurğulanır. Rəsm hərraca çıxarılmamışdan öncə təxminən 100 il fransalı bir ailəsinin xüsusi kolleksiyasında saxlanılıb. //Trend.az