Bəsti Cəfərova koronavirusa yoluxub

 12:27 31.03.2021     693

Xalq artisti Bəsti Cəfərova xəstəxanaya yerləşdirilib.

Redaktor.az bildirir ki, bu barədə APA-ya qızı Fidan Cəfərova məlumat verib.

O, anasının COVID-19 testinin pozitiv çıxdığını və bu gün səhər “Yeni Klinika”ya yerləşdirildiyini deyib: "Bir neçə gün idi ki, anamda hərarət, halsızlıq, ürəkbulanma var idi. İki gün əvvəl test verdi və cavab bu gün çıxdı. Hazırda xəstəxanadadır. Həkimlər səhhətinin stabil olduğunu deyirlər". 

Vumart və Güvən reklamı Vumart Güvən