Rəmiş "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

 18:45 05.04.2021     1268

Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynov (Rəmiş) sabah dəfn olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Rəmişin ailəsindən məlumat verilib.

Bildirilib ki, Rəmiş Yasamal ("Qurd qapısı") qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, R. Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranmışdı. O, yanvarın 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilmişdi.

O, 1944-cü ildə Ağdam rayonunun Gülablı kəndində anadan olub.