Millət vəkili mədəniyyət sahəsində çalışan xanımlarla görüşüb - FOTO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Q.Paşayeva mədəniyyət sahəsində çalışan bir qrup ziyalı xanımlarla görüşüb və geniş fikir mübadiləsi aparılıb.
Redaktor.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup yaradıcı, ictimai fəal xanımla görüşüb, onlarla mədəniyyətyönümlü müxtəlif layihələr, o cümlədən Azərbaycan, ümumən Türk dünyası mədəni irsi ilə bağlı kitab layihələri barədə fikir mübadiləsi aparıb.
Mədəniyyət İli kimi xarakterizə olunan 2021-ci il içində keçirilməsi planlaşdırılan festivallar, habelə yubuileyi bu ilə düşən klassiklərin yubileyinin qeyd olunmasında ziyalı xanımların, elm və mədəniyyət xadimlərinin üzərinə düşən mənəvi vəzifələr yönündə də fikir mübadiləsi aparılıb.
Qonaqlara Qarabağ motivli xatirə hədiyyələri təqdim olunub.
Aysel Hacıyeva / Redaktor.az



