İlk dəfə Xudafərindən veriliş yayımlandı - VİDEO

AzTV-də siyasi analitik Tofiq Abbbasın təqdimatında yayımlanan “Əsas məsələ” veriliş Azərbaycanın tarixi, siyasi və iqtisadi, mədəni həyatında böyük rol oynayan Xudafərin körpüsününü yanında çəkilib.
Redaktor.az xəbər verir ki, tanınmış jurnalist, diaspor üzrə araşdırmaçı, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk bu kimi verilişlərin vacibliyindən danışıb:
“Ümumiyyətlə, son illər Azərbayacanın dövlət televiziyası maraqlı verilişlərlə gündəmə gəlir. Heç kimə sirr deyil ki, əvvəllər AzTV-non izləyicisi az idi. İndi bu kimi maraqlı verilişlərlə kanal itirilmiş izləyicini geri qazanıb. AzTV xalqımızın tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən verilişlər yayımlayır. Bu dəfə AzTV-nin teleməkanda ilk dəfə olaraq Xudafərin körpüsünün yanından veriliş yayımlamasını əlamətdar hadisə hesab edirəm".
Elnur Eltürk bildirib ki, veriliş Güneydə də maraqla qarşılanıb:
"Bilirsiniz ki, körpü xalqımızın milli-mənəvi və tarixi ideoloji düşüncəsində xüsusi əhəmiyyətə malikdir. Vətən müharibəsində Güneydən olan qardaş və bacılarımız əsglərimizə dəstək olurdular. Əsgərlərimizi alqışlarla döyüşə yola salırdılar. Onlarla belə videolar yayımlanırdı. Vətən müharibəsi birliyimizi daha da gücləndirdi. Bu gün Xudafərin birlik və həmrəylik simgəsinə çevrilib. Həm də Xudafərindən düşmənə verilən mesajlar aydındır. Qarabağ bütövlükdə Azərbaycan torpağıdır".
