Eldar Quliyevlə vida mərasimi keçirilir - FOTO

 12:59 18.04.2021     468

Azərbaycan Respublikasının Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevlə vida mərasimi keçirilir.

Redaktor.az-ın məlumatına görə, mərasim “Təzə Pir” məscidində təşkil olunub.

Qeyd edək ki, Xalq artisti Eldar Quliyev aprelin 16-da vəfat edib. O, yanvarın 18-də 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.

Vida mərasimindən sonra mərhum “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək. //APA

222