“Müasir biologiyanın pandemiya sınağı” - Elmi-praktik konfransı

 10:20 21.04.2021     425

Aprelin 22-də Akademik Zərifə Əliyevanın anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək.

Redaktor.az xəbər verir ki, açılış nitqini Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev edəcək.

Qonaq məruzəçi qismində Voronej Dövlət Mühəndislik Texnologiyaları Universitetinin kafedra müdiri, professor Səbuhi Niftəliyev iştirak edəcək.

Konfrans zamanı məruzəçilər:
▪️Əxlaqi dəyərlərimizin ali məramı;
▪️Tarix boyu insanlarla yaşayan qorxulu virus xəstəlikləri;
▪️Müasir biologiyanın pandemiya sınağı;
▪️Alkoqola, tütünə, narkotikə “yox deyək!”
▪️Qan xəstəlikləri;
▪️Nəqliyyat tullantıları ilə atmosferin çirklənməsi;
▪️Pandemiyanın insanlar üzərindəki psixoloji təsirləri və digər əhəmiyyətli mövzular barədə çıxış edəcək.