SON DƏQİQƏ: Azərbaycanda aktyor koronavirusdan öldü - FOTO

 14:37 21.04.2021     674

Gənc Tamaşaçılar Teatrının aktyoru Ələsgər Qurbanəliyev 73 yaşında koronavirusdan vəfat edib.

Redaktor.az-ın məlumatına görə, bu barədə teatrdan məlumat verilib. Bildirilib ki,bir müddət əvvəl Ə.Qurbanəliyevin qardaşı da COVID-19-dan vəfat edib.

Qeyd edək ki, Ələsgər Qurbanəliyev 1948-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsini bitirib. Əvvəllər Sumqayıt Dövlət Dram Teatrında işləyən aktyor 1979-cu ildən Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb.

Allah rəhmət eləsin!

2