Bakı, Sumqayıt və Gəncə kitabxanaları ilə ONLAYN KONFRANS

 12:36 22.04.2021     552

Aprelin 20-də Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt, Gəncə şəhər kitabxanalarının iştirakı ilə "Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri" mövzusunda onlayn birgə konfrans təşkil edib.

Kitabxanadan Redaktor.az-a bildirilib ki, Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan "Öyrənək, öyrədək" şüarı altında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. Konfransda Sumqayıt, Gəncə şəhərlərinin, Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının MKS-lərinin əməkdaşları çıxış ediblər.

Onlayn konfransı giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarını salamlayaraq pandemiya şəraitində iri miqyaslı kitabxanaların əsas fəaliyyət istiqamətləri haqqında qısaca informasiya verib və tədbir iştirakçılarını müzakirə ediləcək mövzulara dair məlumatlandırıb. Sonradan çıxış edən Sumqayıt şəhər MKS-nin direktoru Yeganə Əhmədova pandemiya dövründə kitabxananın əsas fəaliyyət istiqamətləri, günün tələblərinə uyğun virtual fəaliyyət növləri haqqında məlumat verib. Kitabxananın fəaliyyətinin Azərbaycan Respublikası Prezidentinin mədəniyyət sahəsində verdiyi sərəncamlara əsasən qurulduğunu vurğulayıb.

Tədbir, kitabxana mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında davam edib.

Tədbirdə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri Səadət Şəfiyeva, Xarici ədəbiyyat şöbəsinin müdiri Nübar Cəlilova,Hüquq informasiya şöbəsinin müdiri Günay Həsənova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Tamella Məmmədova, Sumqayıt şəhər MKS-nin İnformasiya şöbəsinin müdiri Bahar Əhmədova, Biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin sistem inzibatçısı Esmira Şahbazova, Mərkəzi uşaq kitabxanasının əməkdaşı Səbinə Qasımova, N.Gəncəvi adına kitabxana-klubun əməkdaşları Ülviyyə İsayeva, Səadət Allahverdiyeva, Abonoment şöbəsinin müdiri Zemfira Mirzəyeva, Metodika–biblioqrafiya şöbəsinin müdiri Təranə Mirzəyeva, Metodika–biblioqrafiya şöbəsinin böyük metodisti Natəvan Axundzadə, Metodika–biblioqrafiya şöbəsinin baş biblioqrafı Nazxanım Cəfərova, Gəncə şəhər MKS-nin Uşaq şöbəsinin müdiri Ellada Rəhimova, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırma şöbəsinin müdiri Gülnaz İskəndərova, Yasamal rayon MKS-nin İnformasiya-resurs şöbəsinin müdiri Gülnar Allahverdiyeva, Metodika-biblioqrafiya şöbəsinin müdiri Aysel İsmayilova, Binəqədi rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəfa Quliyeva, Şəfiqə Ağayeva, Uşaq şöbəsinin müdiri Səidə Sərdarova, Səbail rayon MKS-nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Şəbnəm Babaşova, Xidmət şöbəsinin baş kitabxanaçısı Zəhra Nağıyeva və digərləri çıxış ediblər. Tədbir iştirakçıları "İstifadəçilər tərəfindən ən çox izlənilən və maraq doğuran layihələr", "Vətənpərvərlik ədəbiyyatının təbliği", "Fondun və uşaq ədəbiyyatının təbliği", "Kitabxanaların tərtib etdiyi biblioqrafik vəsaitlər", "Virtual görüşlər, fərqli və üstün cəhətləri", "Kitabxanalarda onlayn xidmət", "Görülən işlərin KİV-də işıqlandlrlması", "Kitabxanaların metodik fəaliyyəti" mövzuları ətrafında fikir mübadiləsi aparıblar.

Sonda Xalidə Musayeva Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin bu tip tədbirlərin keçirilməsinin mühümlüyünü və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb..