Karlos Fuentesin “Seçilmiş əsərləri”nin ONLAYN TƏQDİMATI

 11:59 22.04.2021     202

Aprelin 21-də Meksikanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Flores Dövlət Tərcümə Mərkəzində olub.

Redaktor.az xəbər verir ki, görüş zamanı dünya şöhrətli Meksika yazıçısı Karlos Fuentesin Azərbaycan dilinə tərcümə və nəşr edilmiş “Seçilmiş əsərləri” (ADTM) kitabının Meksika ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması sahəsinə əlamətdar töhfə olduğu və kitabın yaxın günlərdə Meksika Xarici İşlər Nazirliyinin “Mədəniyyət diplomatiyası” vebsaytı vasitəsilə onlayn videokonfrans – təqdimatının keçiriləcəyi bildirilib.

“Azərbaycanda Meksika ədəbiyyatına verilən bu dəyər tanınmış Meksika yazıçılarının əsərlərinin belə yüksək səviyyədə nəşri bizi, sözün əsil mənasında təsirləndirir. Dövlət Tərcümə Mərkəzinin yaxın günlərdə ərsəyə gətirdiyi bu son nəşr isə mənim özümü də Karlos Fuentesin kitabda yer almış “Artemio Krusun ölümü” və “Aura” romanlarını yenidən oxumağa vadar etdi. Əsərlərin tərcümə keyfiyyəti  ekspertlərimiz tərəfindən yüksək dəyərləndirilib. Bu əlamətdar hadisəyə görə bir daha Mərkəzə dərin minnətdarlığımızı bildirirəm”, - Xuan Rodriqo Labardini Flores deyib

Daha sonra səfir Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrində tanıdılması istiqamətində Nikaraquanın “Karatula” (Carátula), Venesuelanın “Poeziya” (Poesía) jurnallarının, eləcə də Meksika Milli Universitetinin (Universidad Nacional Mexico (UNAM) “Poeziya” (Poesía) qəzetinin bu sahədə Mərkəzlə əməkdaşlığa hazır olduğunu bildirib.