Akademik Milli Dram Teatrının yeni REPERTUARI

 14:23 28.04.2021     194

Akademik Milli Dram Teatrı may ayına olan virtual repertuarını təqdim edib.

Teatrın mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, repertuarda Azərbaycan və dünya dramaturgiyası əsasında hazırlanan tamaşalar yer alıb. Tamaşalar teatrın “Facebook” səhifəsində, rəsmi saytında və “YouTube” kanalında saat 19:00-da nümayiş olunacaq.

1 may - “Biganələr oteli” – R.İbrahimbəyov

2 may – “Müsyö Jordan və Dərviş Məstəli şah” – M.F.Axundzadə

8 may – “Qarabağnamə” – İ.Əfəndiyev

9 may – “Özümüzü kəsən qılınc” – B.Vahabzadə

15 may – “Uçqun” – T.Cücenoğlu

16 may – “Hamlet” – V.Şekspir

22 may – “Mesenat” – Ə.Əmirli

13 may – “Ah, Paris, Paris...” – Elçin.

29 may – “Ulduz” – C.Cabbarlı

30 may – “Ölüləri qəbiristanlıqda basdırın” – İ. Şıxlı