Zərifə Əliyevanın 98-ci ildönümü münasibətilə silsilə materiallar hazırlanıb - FOTO

 13:50 28.04.2021     414

Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından olan Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü tamam olur. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olub. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb.

Gənc nəslin Vətənə layiq şəxsiyyət kimi yetişdirilməsində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası da xalqımızın dəyərli ziyalısı Zərifə xanım Əliyeva haqqında çoxsaylı informasiyanı istifadəçilərə çatdırmaq məqsədilə "Qaranlığa nur saçan zəka” adlı biblioqrafik siyahı, “Görkəmli oftalmoloq-alim” başlıqlı virtual sərgi və videoçarx hazırlayıb.

Kitabxanadan Redaktor.az-a bildirilib ki, biblioqrafik siyahı və virtual sərgidə Zərifə xanımın həyat və fəaliyyəti, müəllifi olduğu əsərləri, onun haqqında yazılan kitablar və monoqrafiyalar, kitablarda və dövrü mətbuatda çıxan (Azərbaycan, ingilis və rus dilində) məqalələr barəsində məlumatlar xronoloji ardıcıllıqla, daxildə isə əlifba üzrə qruplaşdırılıb.

Virtual sərgidə ancaq tam mətnli kitabların təsviri və kitab haqqında məlumatlar və kitabın yerləşdirildiyi linklər verilib.

Biblioqrafik siyahıda 119 (50 kitab, 69 dövri mətbuat), virtual sərgidə 27 tam mətnli kitablar, sitat və şəkillər təqdim edilib.

Virtual sərgidə Zərifə Əliyevanın öz əsərləri və onun haqqında yazılan ayri-ayrı kitablar və monoqrafiyalar, həmçinin onun haqqında bədii ədəbiyyat nümunələri və digər tam mətinli kitablar təqdim olunub.

Kitabxananı hazırladığı videoçarxda isə xeyirxah həkim, gözəl insan Zərifə xanımın həyatına, fəaliyyətinə, həyatının əsas tarixlərinə kiçik səyahət edilib, peşəkar və şəxsi ailə albomundan görüntülər verilib.

 

22