Kübra Əliyeva 48 ildir görmədiyi qohumlarını axtarır

Əməkdar artist Kübra Əliyeva illər əvvəl dünyasını dəyişən əmisinin ailəsini axtarır.
Redaktor.az xəbər verir ki, aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.
Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:
"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var". //Axşam.az