Məşhur aktrisa vəfat edib - FOTO

Amerikalı aktrisa Olmpiya Dukakis 89 yaşında vəfat edib.
Redaktor.az xəbər verir ki, bu barədə aktrisanın bacısı Apollo Dukakis “Facebook” səhifəsində yazıb.
“Olmpiya Dukakis bu səhər Nyu-Yorkda vəfat etdi. Bir neçə ay davam edən sağlamlıq problemlərindən sonra rahatlıqla dincəldi və indi əri Luisin yanındadır”, - deyə aktrisanın bacısı vurğulayıb.
Qeyd edək ki, yunan mühacirin qızı Dukakis 20 iyun 1931-ci ildə ABŞ-ın Louell şəhərində (Massaçusets ştatı) anadan olub. Film karyerasına 1960-cı illərdə başlayıb. 56 yaşında “Ayın Gücü” filmindəki yaratdığı obrazına görə “Oscar” və “Qızıl Kürə” mükafatlarının “Ən yaxşı ikinci dərəcəli aktrisa” nominasiyasını qazanıb. Dukakisin televiziya seriallarında 50-dən çox rolu var. O, həmçinin “Steel Magnolias” (1989) filmi ilə də məşhurdur. //APA
