"Mən Qarabağam!" adlı sərgi keçiriləcək - Odlar Yurdu Universiteti / FOTO

Odlar Yurdu Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə martın 16-dan start götürən gənc dizaynerlərin "Mən Qarabağam!” adlı yaradıcılıq layihəsinin yekunu olaraq mayın 6-da, saat 11:00-da sərginin açılış mərasimi keçiriləcək.
Bu barədə Redaktor.az-a Universitetin Mətbuat katibi Pərvin Məmmədova məlumat verib.
Tədbir zamanı sərgi iştirakçıları təqdim olunan işlərlə tanış olacaq və sonda komandalar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaq.
Sərgi 10 may tarixinədək ziyarətçilər üçün açıq olacaq.
Qeyd edək ki, tədbir pandemiya şəraitinə uyğun olaraq həyata keçiriləcək.