Könül Xasıyevanın səhhəti ilə bağlı SON MƏLUMAT

 11:29 04.05.2021     462

Koronavirusa yoluxan Xalq artisti Könül Xasıyevanın səhhəti yaxşılığa doğru gedir.

Bu barədə sənətçi Redaktor.az-a açıqlamasında özü bildirib. O, pis günlərin geridə qaldığını deyib:

“Hazırda özümü yaxşı hiss edirəm. Müalicədən sonra yenidən test verdim. KT, boğaz, burun yaxma, qan analizi, nəfəs testi neqativ və təmiz çıxdı. Müalicəmi evdə aldım, indi yaxşıyam. Allah hər birinizdən razı olsun”.

Aysel Hacıyeva / Redaktor.az