Professor Firudin Cəlilovun doğum günüdür

 13:07 06.05.2021     1110

Azərbaycanın sabiq təhsil naziri, keçmiş deputat, "Deportasiya Qurbanları Cəmiyyəti" İctimai Birliyinin İdarə Heyətinin üzvü, professor Firudin Cəlilovun doğum günüdür.

Redaktor.az xəbər verir ki, onun 74 yaşı tamam olur.

"Yad edib, təbrik etdiyinizə görə minnətdaram.Mənim yadımdan çıxmışdı ki, bu gün doğum günümdür (gülür). Heç vaxt doğum günümü qeyd etməmişəm, bu gün də qeyd etməyəcəyik. Evdə oluruq, bayıra çıxmırıq, çalışırıq ki, özümüzü koronavirusdan qoruyaq", - deyə F.Cəlilov saytımıza açıqlamasında bildirib.

Qeyd edək ki, Firudin Ağasıoğlu Cəlilov 1947-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin (1991-1995) deputatı olub.

1991-ci ilin dekabrında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyası daimi komissiyasının sədri vəzifəsinə seçilib. 1992-ci ildə Milli Məclisində təşkil olunmuş Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyasına üzv təsdiq olunub.

1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. 1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri təyin olunub və Azərbaycan Respublikasının Ali və Orta İxtisas Təhsili Nazirliyinin ləğv edilməsi ilə əlaqədar olaraq 2 sentyabr 1993-cü ildə həmin vəzifədən azad edilib.

Aysel Hacıyeva / Redaktor.az

Vumart və Güvən reklamı Vumart Güvən