Şuşada "Xarı Bülbül" festivalı keçiriləcək VİDEO
Azərbaycanın mədəniyyət paytaxtı seçilən Şuşada mahnı bayramı bərpa ediləcək.
Redaktor.az xəbər verir ki, sözügedən mahnı bayramı 1989-cu ildən etibarən keçirilməyə başlanıb və “Xarı Bülbül” adlandırılıb.
Hər il may ayının sonuncu bazar günü Şuşada mahnı bayramı keçirilirdi. İfaçılar il ərzində ən gözəl bəstələrini orada ifa edirdilər.
Bu ildə Azərbaycanın ən yaxşı müğənniləri mahnı bayramına dəvət olunub.












