Ağadadaş Ağayev əməliyyat olunub

 18:16 12.05.2021     448

Xalq artisti Ağadadaş Ağayev əməliyyat olunub.

Redaktor.az bildirir ki, bu barədə APA-ya müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının bu gün İstanbulda əməliyyat olunduğunu deyib:

“Beş saata yaxın davam edən əməliyyat uğurla yekunlaşıb. Hazırda atam narkozdan ayılıb və səhhəti yaxşıdır”.

Qeyd edək ki, Xalq artisti xərçəng xəstəliyindən əziyyət çəkir.

Vumart və Güvən reklamı Vumart Güvən