Bakıda keçiriləcək “JARA”nın günləri açıqlanıb - FOTO

 16:30 15.05.2021     317

“JARA 2022”  Beynəlxalq Musiqi Festivalının keçiriləcəyi tarixlər məlum olub. 

Redaktor.az bildirir ki, bu barədə festivalın instaqram səhifəsində məlumat verilib. Qeyd olunur ki, Bakıda, Xəzər dənizinin sahilində təşkil olunacaq “JARA 2022” festivalı 27-31 iyul tarixlərində baş tutacaq. 

Məlumatda həmçinin “JARA”nın əvvəlcə 23-27 iyun tarixlərində Moskvada keçiriləcəyi də qeyd olunub. Təşkilat komitəsi Bakıda 2020-ci il festivalına bilet alan şəxslərə müraciət edərək öz biletlərini Moskva festivalına dəyişə biləcəklərini açıqlayıb. //Oxu.az

2
Vumart və Güvən reklamı Vumart Güvən