Dünya Axıska Türklərinin liderinə ağır itki üz verib - FOTO
Bütün ömrünü Türk dünyasının birliyinə həsr edən və bütün varlığı ilə 1944-cü ildə Stalinin Gürcüstandan sürgün etdiyi Axıska Türklərinin doğma Vətənlərinə dönməsinə çalışan, Turan sevdalı ABİMİZ, Dünya Axıska Türklərinin lideri, çox hörmətli Ziyatdin İsmixan oğlu Kassanova ağır itki üz verib. Ziyatdin Kassanovun anası və bütün Axıska Türklərinin Ağbirçəyi Maytavan xanım vəfat edib.
Redaktor.az saytının təssisçisi Seymur Şeydayev başda olmaqla, bütün əməkdaşları bu ağır itki ilə bağlı Ziyatdin bəyə və bütün Axıska Türklərinə dərin hüzünlə başsağlığı verir və kədərlərinə şərik olduqlarını bildirlər.
Allah rəhmət eləsin, başınız sağ olsun!
Tanri Türkü qorusun!












