“Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi məlum olub - VİDEO

 09:04 23.05.2021     310

Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin qalibi İtaliya təmsilçisi olub.

Redaktor.az-ın məlumatına görə müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi iştirak edib.

Azərbaycanı yarışmada "Mata Hari" mahnısı ilə Samirə Əfəndi təmsil edib. Azərbaycan təmsilçisi müsabiqədə 20-ci yerdə qərarlaşıb. Münsiflərin səsverməsində Azərbaycan 32, tamaşası səs verməsində isə 33 səs toplayıb.

Qeyd edək ki, builki “Avroviziya -2021” mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 18-də, ikinci yarlmfinalı isə 2 gün sonra baş tutub.

Sayca 65-ci olan “Avroviziya” Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb. 2019-cu ildə İsrailin Tel-Əviv şəhərində keçirilən müsabiqənin sonuncu qalibi "Arcade" mahnısı ilə niderlandlı Dunkan Lourens olub. //APA

Vumart və Güvən reklamı Vumart Güvən