Arzu Göytürkün yeni kitabının təqdimatı olub - VİDEO

 20:56 24.05.2021     288

İyunun 24-də tanınmış şairə Arzu Göytürkün "Ərəbləşən millətim" adlı kitabı ədəbi mühitə təqdim olunub.

Redaktor.az xəbər verir ki, təqdimat mərasimi Turan Partiyasının ofisində baş tutub.

Təqdimat mərasimində ədəbiyyatçılar, tanınmış simalar, şairlər və jurnalistlər iştirak edib.

Turan Partiyasının rəhbəri Cahandar Bayoğlu kitab haqqında öz fikirlərini söyləyib.

Sonda isə gələn qonaqlar öz rəylərini bildirib və şairənin yeni kitabını təbrik ediblər.

Xədicə Ağayeva / Redaktor.az