Ramiz Əzizbəylinin səhhəti ilə bağlı SON MƏLUMAT

 11:22 28.05.2021     365

Koronavirusa (COVID-19) yoluxaraq xəstəxanaya yerləşdirilən Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, Xalq artistinin ailəsi bildirib ki, R.Əzizbəylinin xəstəxanada müalicəsi davam edir:

“Qızı ilə eyni palatadadırlar. Həkimlər Ramizin vəziyyətinin orta-ağır olduğunu deyirlər. Oksigen verirlər”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. //Report.az