Respublika Gününə həsr olunmuş sərgi keçirilib - FOTO

Ötən gün "Azərkitab"da 28 May - Respublika Gününə həsr olunmuş,"Meksika Azərbaycan Rəssamlarının gözü ilə" adlı sərgi keçirilib.
Redaktor.az xəbər verir ki, sərginin layihə rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalardır. Tədbir karantin qaydalarına uyğun olaraq online formatda keçirilib.
Sərgidə müxtəlif yaş qrupundan olan rəssamların əsərləri sərgilənib. Sözügedən əsəsrlər Azərbaycan və Meksikaya həsr olunub.
Tədbiri giriş sözü ilə "Azərkitab"ın layihə rəhbəri Sabir Həsənov açıb və 1918-ci il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının önəmindən bəhs edib.
Tədbirdə Meksika səfiri Xuan Rodrigo Labardini Flores, millət vəkili Əflatun Amaşov, Yusif Nəğməkar, Rəşad Məcid və digər ziyalılar çıxış ediblər.





