“Oskar 2022”-nin vaxtı dəyişdirilib

 06:20 29.05.2021     386

Gələn il “Oskar 2022” mükafatlarının verilmə tarixi dəyişəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "Deadline" nəşri məlumat yayıb.

Bildirilib ki, mükafatlandırma mərasimi Superkubok və Qış Olimpiya Oyunlarına görə fevralın 27-dən martın 27-nə keçirilib.

“Oskar 2022”-ə namizədlərin siyahısı isə fevralın 8-də açıqlanacaq. //Axşam.az