Azərbaycanlı şair vəfat edib - FOTO

 12:50 30.05.2021     344

Şair, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Əziz Musa vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə APA-ya AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Əziz Musa ( Musayev Əziz Həsən oğlu) 1951-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1972-ci ildə dövri mətbuatda Əziz Musa imzası ilə çıxış edib.

“İlham Çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Qarabağ müharibəsi veteranı olub.

Allah rəhmət eləsin.

2